Avqustun 15-dən etibarən Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) ATƏT-in yerli icraçı tərəfdaşı qismində bir sıra rayon və şəhərlərdə korrupsiya ilə mübarizəyə həsr olunmuş konfranslar keçirəcək. Trend ə bu barədə məlumat AGHB-dən verilib.
Məlumatda daha sonra bildirilir ki, Prezident Aparatı nümayəndələrinin, QHT-lərin, sahibkarların, vəkillərin və bir sıra rayon prokurorlarının iştirak edəcəkləri tədbirə ATƏT-in Azərbaycandakı səfiri Murisio Pavesi də qatılacaq.
İlk konfrans İsmayıllı rayonunda keçiriləcək. Tədbirdə "Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu və dövlət proqramı" və bu proqramdan irəli gələn vəzifələr, o cümlədən "AR Baş Prokurorluğu Korrupsiya ilə mübarizə aparan ixtisaslaşmış orqan kimi" mövzuları ətrafında məruzələr və fikir mübadilələri dinləniləcək.
Növbəti konfranslar Şəki, Lənkəran, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində keçiriləcək.