...

NOVRUZ MƏMMƏDOV: AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN NÖVBƏTİ GÖRÜŞÜNÜN VAXTI VƏ YERİ HƏLƏ MÜƏYYƏN EDİLMƏYİB

Siyasət Materials 29 Avqust 2005 17:37 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün yeri və tarixi barədə hələ heç bir qərar çıxarılmayıb. Bu barədə Trend ə Azərbaycan prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ekskluziv məlumat verib.

Şənbə günü Kazanda keçirilən Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Robert Köçəryanın görüşlərini şərh edərkən N.Məmmədov bildirib: "Görüş baş tutub.

Danışıqlar prosesi davam edir. Bu özlüyündə müsbət amildir. Danışıqlar zamanı müxtəlif mövqelər ifadə olunub, müxtəlif baxışlar,fikirlər səsləndirilib. Onlar hamısı əlbəttə, öyrənilməli və analiz edilməlidir. Və müəyyən nəticədən sonra görüşlər davam etdirilməlidir".

N.Məmmədovun sözlərinə görə, hələlik Dağlıq Qarabağ probleminin nizamlanması üzrə sülh danışıqları irəliyə doğu inkişaf ehtimalların yüksək olduğu bir səviyyədə davam edir.

Xəbər lenti

Xəbər lenti