...

AZƏRBAYCAN PREZİDENTİ BƏSTƏKAR MÜSLÜM MAQOMAYEVİN YUBİLEYİNİN QEYD EDİLMƏSİ HAQQINDA SƏRƏNCAM İMZALAYIB

Siyasət Materials 20 Sentyabr 2005 20:22 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev 2005-ci ildə Azərbaycanın görkəmli bəstəkarı Müslüm Maqomayevin anadan olmasının 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

Trend bildirir ki, sərəncamda mədəniyyət Nazirliyinə, təhsil Nazirliyinə və Azərbaycan bəstəkarlar İttifaqı ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasına müvafiq tədbirlər planının hazırlanması tapşırılıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti

Xəbər lenti