...

Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyasının müraciətinə baxacaq

Siyasət Materials 27 Oktyabr 2005 18:25 (UTC +04:00)

"Mərkəzi Seçki Komisiyası (MSK) Yeni Azərbaycan Partiyasının (YAP) müraciətinə baxacaq". Bu barədə Trend ə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

Qeyd edək ki, bir neçə gün bundan öncə YAP MSK-ya "Azadlıq" blokunun bəzi namizədlərinin seçicilərlə görüşlərində dini ekstremizmi təbliğ edən ədəbiyyat paylamaları ilə bağlı müraciət edib.

A.Sarıyev bildirib ki, YAP-ın müraciətinə MSK-nın növbəti toplantısında baxılacaq: "Müraciətdə göstərilən faktlar həqiqətəuyğun olarsa bu prosesi həyata keçirən namizədin namizədliyi ləğv olunacaq. Eyni zamanda, MSK hüüquq-mühafizə orqanlarına da müraciət edəcək".

Xəbər lenti

Xəbər lenti