...

Eldar Mahmudov: Azərbaycanın işğal olunmuş əraziləri Avropa üçün təhlükədir

Siyasət Materials 27 Oktyabr 2005 19:25 (UTC +04:00)

Azərbaycanın işğal olunmuş əraziləri ilə İran arasında 132 km. nəzarətsiz sahənin olması amili təkcə respublika üçün deyil, həm də bütün Avropa üçün ciddi təhlükə yaradır. Trend bildirir ki, oktyabrın 27-də AR milli təhlükəsizlik naziri Eldar Mahmudov Qərbi Avropa birliyi Parlamentlərarası Assambleyasının təhlükəsizlik və müdafiə üzrə sədri Stef Qorisi qəbul edərkən bu barədə bəyan edib.

Nazir çox yaxın vaxtlarda beynəlxalq hüquq normaları əsasında münaqişənin nizama salınması və Avropa birliyinin bunda səylərinin artırılması zərurətini qeyd edib. Beynəlxalq terrorizm, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, qeyri-qanuni miqrasiya və mütəşəkkil transmilli cinayətkarlığın törətdiyi təhlükənin artmasına toxunan E.Mahmudov ölkədə aparılan adekvat tədbirlər barədə məlumat verib.

S.Qoris bəyan edib ki, münaqişənin həll edilməməsi təkcə region üçün deyil, həm də bütünlükdə beynəlxalq cəmiyyət üçün narahatlıq yaradır. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin tez və ədalətli həlli üçün Avropa ölkələrinin yaxın köməyi vacibdir. S.Qoris deyib ki, Azərbaycan regionda geostrateji yerləşim və beynəlxalq terrorizm təhlükələri ilə qarşılaşması baxımından həssas zonadadır və belə təzahürlərin qarşısının alınmasında böyük rol oynayır.

Xəbər lenti

Xəbər lenti