...

Rino Harniş: Azərbaycan üçün demokratik və azad seçkilərin keçirilməsi üçün tarixi imkan ələ düşüb

Siyasət Materials 6 Noyabr 2005 16:08 (UTC +04:00)
Rino Harniş: Azərbaycan üçün demokratik və azad seçkilərin keçirilməsi üçün tarixi imkan ələ düşüb

Bu gün Azərbaycan xalqına demokratik və azad parlament seçkiləri keçirmək üçün tarixi imkan nəsib olub. Trend in məlumatına görə, bu barədə noyabrın 6-da Bakı şəhərində bir neçə seçki məntəqəsinə baş çəkdikdən sonra ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bəyan edib.

ABŞ hökuməti açıq, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün hər cür yardım göstərib. Lakin biz (ABŞ) Azərbaycan xalqının əvəzinə seçim etmək iqtidarındja deyilik", -deyə diplomat bildirib və Vaşinqtonun "exit poll"-ın keçirilməsinə, eləcə də seçki məntəqələrinin xüsusi mürəkkəblə təmin olunmasına yardım eitdiyini qeyd edərək.

Onun sözlərinə görə, son aylar ərzində həm mənfi, həm də müsbət məqamlar qeydə alınsa da, vaxtından əvvəl hər hansı bir nəticə çıxarılması doğru deyil.

R. Harnişin fikrincə, Azərbaycandakı seçki prosesinin qiymətləndirilməsi yalnız səsvermə günün monitorinqinin nəticələrinə əsaslana bilməz. "Qiymətləndirmə bütün 8 ay ərzindəki seçkiqabağı mübarizəni özündə əks etdirməlidir. Bu həm beynəlxalq və yerli müşahidəçilərin monitorinqinin və həmdə seçkiqabağı mübarizənin nəticələrinə əsaslanmalıdır", -deyə diplomat bildirib. Bu zaman diplomat qeyd edib ki, o və xanımı bütün respublika üzrə səsvermənin monitorinqi üçün səfirlik tərəfindən təşkil olunan 40 müşahidəçi qrupundan yalnız biridir.

Amerikalı diplomat həmçinin, qeyd edib ki, rəsmi Vaşinqton daima Azərbaycanda sərbəst toplanmanın təmin edilməsinin tərəfdarı kimi çıxış edib, müxalifətyönlü "Azadlıq" seçki blokunun səsvermə günü, eləcə də seçkidən sonrakı ilk gün ərzində kütləvi aksiyadan imtina etməsini müsbət qiymətləndirib.

""Azadlıq" blokunun nümayəndələri yalnıh seçkilərin nəticələrinin elan olunmasından sonra aksiya keçirəcəklərini vəd ediblər. Hamıya seçkilərin nəticələrini gözləməyi təklif edirəm, xüsusilə ona görə ki, exit poll-ın nəticələri artıq yerli vaxtla saat 22.00-da elan ediləcək",- deyə sonda R. Harniş bildirib.

Xəbər lenti

Xəbər lenti