...

Noyabrın 10-da polis gücləndirilmiş iş rejimindən adi iş rejiminə keçəcək

Siyasət Materials 9 Noyabr 2005 19:16 (UTC +04:00)

Noyabrın 10-da polis gücləndirilmiş iş rejimindən adi iş rejiminə keçəcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.

Bir sıra strateji əhəmiyyətli obyektlərdəki gücləndirilmiş mühafizə də əvvəlki qaydasında icra olunacaq.

Qeyd edək ki, noyabrın 1-dən başlayaraq Çevik Polis Alayının polis dəstələri Hökumət Evinin, Mərkəzi Seçki Komissiyasının, Milli Məclisin, Prezident Aparatının binaları qarşısında yerləşdirilmiş avtobuslarda həmin obyektlərin keşiyini çəkir. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev bunu parlament seçkiləri və seçkilərdən sonra baş verə biləcək təxribatlarla əlaqələndirmişdi.

Xəbər lenti

Xəbər lenti