...

Azərbaycan prezidentinin Kuveytə səfəri 2006-cı ildə baş tuta bilər

Siyasət Materials 23 Noyabr 2005 19:56 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Küveytə rəsmi səfəri 2006-cı ildə baş tuta bilər. Bu barədə Trend ə prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

O qeyd edib ki, İ.Əliyevə Küveyt əmirinin adından dəvətnamə noyabrın 23-də öu ölkənin maliyyə naziri Bədr Məşəri əl-Humeydinin Bakıya səfəri zamanı təqdim olunub. "Küveyt əmirinin Azərbaycan prezidenti İlham Əliyevi bu ölkəyə rəsmi səfərə dəvətinə sövsüz ki, dövlət başçısı tərəfindən baxılacaq. Güman edirəm ki, iki ölkə arasında əlaqələrin inkişafı və genişlənidirləsində bu cür addımların atılması zəruridir, - deyə N.Məmmədov bildirib. "Hesab edirəm ki, burada hansısa bir problem olmayacaq".

Onun sözlərinə görə, Azərbaycan prezidentinin bəyənəcəyi halda bu səfərin vaxtı tərəflər arasında məsləhətləşmə yolu ilə müəyyən ediləcək. Bu zaman N.Məmmədov əlavə edib ki, səfərin tarixini müəyyən edilməsində dövlət başçılarını iş qrafiklərinin uyğun gəlməsinin və ilin dövrünün mühüm əhəmiyyəti var.

Xəbər lenti

Xəbər lenti