...

Gürcüstanın parlament nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Siyasət Materials 1 Fevral 2006 20:44 (UTC +04:00)

Gürcüstan parlamenti sədrinin müavini Cemal İnaişvilinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycana səfərə gəlib. Trend xəbər verir ki, qonaqları Heydər Əliyev adına beynəlxalq hava limanında Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Qumberidze və digər rəsmi şəxslər qarşılayıb.

Gürcüstanın parlament nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi Milli Məclisin yeni tərkibi ilə tanışlıqdır. C.İnaişvili bildirib ki, əvvəlki parlamentlə də gözəl münasibətləri olub: "Hesab edirik ki, əlaqələrimiz istədiyimiz səviyyəyə çatacaqdır". Nümayəndə heyətinin rəhbəri bildirib ki, səfər çərçivəsində bir sıra görüşlər keçirəcəklər.

C.İnaişvili Gürcüstanda yaranmış enerji probleminin aradan qaldırılmasında köməklik göstərən Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına öz adından və Gürcüstan xalqının adından minnətdarlıq edib.

Xəbər lenti

Xəbər lenti