...

Gəncədə şəhərsalma şurasının iclası keçirilib

Siyasət Materials 6 Fevral 2006 17:33 (UTC +04:00)

Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin iclas zalında şəhərsalma şurasının yığıncağı keçirilib. Tədbirdə icra hakimiyyətinin başçısı Eldar Əzizov və şəhər içtimayətinin nümayəndələri iştirak ediblər. Əsas müzakirə mövzusu isə Cəncədə planlı və şəhərin arxitekturasını pozmayan binaların tikintisi olub. İlk olaraq Eldar Əzizov son vaxtlar şəhərdə aparılan tikinti işləri haqqnıda danışıb.

O bildirib ki, şəhərin tarixi yerlərinə yaxın ərazilərdə hündürmərtəbəli binalar inşa etmək qadağan olunub. "Əgər hər hansı sahibkar bu barədə bizə müraciət edərsə onlara mərkəzdə yalnız 4 mərtəbədən hündür olmayan binalar tikməyə icazə veriləcək" -deyən şəhər icra hakimiyyətinin başçısı onu da əlavə edib ki, Cəncənin qədim küçələrindən olan Cavad xan küçəsində arxitektur görünüşlərə zərər gətirən təmir işləri aparmağ və köhnə evlərə yeni mərtəbələr əlavə etmək qadağandır. Əzizovun bu təklifini şura üzvləridə dəstəkləyiblər. Və bu haqda sərəncam imzalanıb. Başqa bir müzakirə olunan məsələ isə şəhərin Heydər Əliyev prospektindəki yeni avtovağzalın tikintisi ilə bağlı olub. Şəhər rəhbəri bildirib ki, bu ərazidə yeni avtoğvağzal tikməyə icazə verilməyəcək. "Səbəbi isə yerin şəhərin mərkəzində yerləşməsidir. Əgər orada avtovağzal tikilsə bu gələcəkdə həmin küçədə avtamabil tıxaclarının yaranmasına səbəb olacaq. Orda park salmağ daha məqsədə uyğundur" - deyə Eldar Əzizov bildirib.

Xəbər lenti

Xəbər lenti