...

Rino Harniş: ABŞ Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda qənaətbəxş olmayan irəliləyişlə bağlı təəssüfünü bildirir

Siyasət Materials 14 Fevral 2006 19:00 (UTC +04:00)
Rino Harniş: ABŞ Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda qənaətbəxş olmayan irəliləyişlə bağlı təəssüfünü bildirir

Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesində qənaətbəxş olmayan irəliləyişlə bağlı təəssüfünü bildirir. Trend ANS telekanalına istinadən bildirir ki, fevralın 14-də ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bu barədə bəyan edib.

"ABŞ mümkün irəliləyişə, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin Rambuyedəki danışıqlarının yekunlarına əsasən sazişin imzalanmasına böyük ümidlər bəsləyirdi. Amma həqiqət göstərdi ki, bu irəliləyiş bizim gözlədiyimiz qədər mühüm deyilmiş"-deyə ABŞ səfiri bildirib.

Eyni zamanda R. Harniş qeyd edib ki, Ağ Ev danışıqların yekunlarını təhlil edəcək, sonra isə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə bu ilin martında Vaşinqtonda qəti mövqeyini bildirəcək.

Xəbər lenti

Xəbər lenti