...

Azərbaycan sinoptikləri havanın pisləşəcəyinə dair xəbərdarlıq etdi

Cəmiyyət Materials 1 Dekabr 2014 15:54 (UTC +04:00)
Dekabrın 02-03-də dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Yağıntıların bəzi ərazilərdə intensivləşəcəyi ehtimal olunur.
Azərbaycan sinoptikləri havanın pisləşəcəyinə dair xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan sinoptikləri havanın pisləşəcəyinə dair xəbərdarlıq etdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 2-3-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit, soyuq keçəcəyi, şimal küləyinin güclənəcəyi, yağıntılı olacağı, dekabrın 3-də respublikanın bəzi rayonlarında sulu qara keçəcəyi gözlənilir.

Dekabrın 2-3-də dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Yağıntıların bəzi ərazilərdə intensivləşəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti