...

Azərbaycanda bəzi maddələrin idxalı zamanı lisenziya tələb olunacaq

Cəmiyyət Materials 6 Dekabr 2014 10:32 (UTC +04:00)
Bundan sonra Azərbaycanda bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı gömrük sərhədlərində xüsusi razılıq sənədinin (lisenziya) təqdim edilməsi tələb olunacaq.
Azərbaycanda bəzi maddələrin idxalı zamanı lisenziya tələb olunacaq

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bundan sonra Azərbaycanda bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı gömrük sərhədlərində xüsusi razılıq sənədinin (lisenziya) təqdim edilməsi tələb olunacaq.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda müvafiq dəyişiklik edilib.

Bu il noyabrın 1-dən qüvvəyə minən mövcud qaydalara əsasən, indiyə kimi etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı xüsusi razılıq sənədinin (lisenziya) təqdim edilməsi tələb olunurdu.

NK-nın yeni qərarı ilə isə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələr də lisenziya verilməsi tələb olunan malların sıyahısına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti