...

"Azadlıq" radiosunun Bakı ofisi möhürləndi (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 26 Dekabr 2014 18:29 (UTC +04:00)
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı məhkəmə qərarı ilə “Azadlıq” radiosunun Bakı ofisində axtarışa başlayıb.
"Azadlıq" radiosunun Bakı ofisi möhürləndi (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:45-də yayılıb)

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlkin İzzət/

Dekabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı məhkəmə qərarı ilə "Azadlıq" radiosunun Bakı ofisində axtarışa başlayıb.

Trend-in məlumatına görə, axtarış haqqında məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edirlər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə məlumatı təsdiqləyib.

E.Sultanov deyib ki, ofisdə axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayəti işi ilə bağlıdır.

XXX

Trend-in əldə etdiyi məlumata görə, "Azadlıq" radiosunun Bakı bürosunun ofisi prokurorluq əməkdaşları tərəfindən möhürlənib və polisə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti