...

Oğurladığı kartla alış-veriş edən şəxs saxlanılıb

Hadisə Materials 20 May 2024 11:50 (UTC +04:00)

Bakı. Trend:

Mayın 4-də Nərimanov rayonu ərazisində bir nəfər şəxsin itirdiyi, içərisində 513 manatı, 5 ədəd bank kartı və sürücülük vəsiqəsi olan pulqabısının oğurlanması və mayın 5-də kartlarının birindən 227 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Elçin Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti