...

Bakıda evdə üç qadını bıçaqlayıblar

Hadisə Materials 20 May 2024 11:52 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Sabunçu rayonunda evdə üç qadına xəsarət yetiriblər.

Trend xəbər verir ki, mayın 17-də Sabunçu qəsəbəsində evlərdən birində 2006-cı il, 2005-ci il və 1963-cü il təvəllüdlü 3 qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti