...

“Qarabağ”ın Çempionlar Liqasında daha iki mümkün rəqibi müəyyənləşib

İdman Materials 20 May 2024 14:06 (UTC +04:00)

Bakı. Trend:

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki mümkün rəqibi müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan çempionu Batumi “Dinamo”su və “Deçiç”lə də qarşılaşa bilər.

Sonuncular Monteneqroda çempion tituluna sahib çıxıb. “Deçiç” I təsnifat mərhələsində səpələnməmişlərdən olacaq.

Bu, daha iki komandanın səbətinin müəyyənləşməsi ilə nəticələnib. “Petrokub” səpələnmişlər sırasına düşübsə, “Dinamo” “Qarabağ”ın mümkün rəqiblərinə qoşulub.

Bununla da "Qarabağ"ın mümkün rəqiblərinin sayı 13-ə çatıb. Bunadək "Virtus", "Panevejis", "Ordabası", Minsk “Dinamo”su, “Larne”, “Hamrun”, “Selye”, “Santa Koloma”, “Struqa”, “Differdanj” və "Vikinqur"un da səpələnməmişlər səbətində yer alacağı dəqiqləşib.

Hazırda yalnız 4 çempionun səbəti bilinmir. Onlardan ikisi Azərbaycan təmsilçisi ilə qarşılaşa bilər.

I təsnifat mərhələsi
Səpələnmişlər

"Ferensvaroş" (Macarıstan)
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
“Lüdoqorets” (Bolqarıstan)
HİK (Finlandiya)
"Flora" (Estoniya)
"Styaua" (Rumıniya)
"Klaksvik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya)
“Linkoln” (Cəbəllütariq)
TNS (Uels)
RFS (Latviya)
“Petrokub” (Moldova)

Səpələnməmişlər
"Dinamo" (Batumi, Gürcüstan)
"Selye" (Sloveniya)
"Hamrun" (Malta)
"Larne" (Şimali İrlandiya)
"Dinamo" (Minsk, Belarus)
"Panevejis" (Litva)
"Ordabası" (Qazaxıstan)
"Vikinqur" (İslandiya)
“Struqa” (Şimali Makedoniya)
“Differdanj” (Lüksemburq)
“Deçiç” (Monteneqro)
“Santa Koloma” (Andorra)
"Virtus" (San-Marino)

Qeyri-müəyyənlər
“Balikani” (Kosovo)
Bosniya və Herseqovina çempionu
Ermənistan çempionu
Albaniya çempionu

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.

Xəbər lenti

Xəbər lenti