...

Azərbaycan məhsullarının beynəlxalq standartlara adaptasiyası sürətləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2024 13:20 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan yerli məhsullarının beynəlxalq standartlara adaptasiyası üzrə işlər sürətləndirilib ki, bu da ölkənin ixrac potensialını artırıb.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Milli Metrologiya Forumunda deyib və mayın 20-nin Beynəlxalq Metrologiya Günü olduğunu əlavə edib.

Onun fikrincə, iqtisadiyyatın və onun sahələrinin inkişafı keyfiyyətli metroloji xidmət tələb edir.

"İqtisadi inkişaf fonunda sahibkarlıq subyektlərinin və müəssisələrin metroloji ehtiyaclarının qarşılanması hazırda metrologiya sahəsinin əsas vəzifəsidir", - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, metrologiyanın hazırkı vəzifəsi elmi cəhətdən əsaslandırılmış metod və avadanlıqlardan istifadə etməklə sahibkarlıq subyektlərinin metroloji xidmətlərə olan ehtiyacını qarşılamaqdan ibarətdir ki, bu da məhsul istehsalının bütün mərhələlərində texnoloji proseslər haqqında dəqiq məlumat əldə etməyə və buraxılan məhsulların keyfiyyət göstəricilərini yaxşılaşdırmağa imkan verəcək.

S.Bəşirlinin fikrincə bu cür yanaşma ölkə məhsullarının rəqabət qabiliyyətini artıracaq.

"Daxili və xarici bazarların keyfiyyətli məhsullarla təmin edilməsində, rentabelliyin və rəqabət qabiliyyətinin artırılmasında, ticarətdə və iqtisadiyyatın inkişafında texniki maneələrin aradan qaldırılmasında metrologiyanın rolu mühümdür", - deyə nazir müavini əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti