...

Paytaxtda iki avtobusun hərəkəti dəyişdirildi: parklanma yerləri ləğv edildi

Cəmiyyət Materials 20 May 2024 12:45 (UTC +04:00)
Paytaxtda iki avtobusun hərəkəti dəyişdirildi: parklanma yerləri ləğv edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cavanşir körpüsünün sökülməsi və təmir işləri ilə əlaqədar bu gündən nəqliyyatın hərəkəti yenidən təşkil edilir.

Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, müvəqqəti sxemə əsasən, E1 və 125 nömrəli avtobus marşrutlarının hərəkəti alternativ küçələrlə həyata keçirilir. Belə ki, E1 nömrəli ekspres avtobusu “28 May” və Puşkin küçələrindən, 125 nömrəli avtobus isə Rəşid Behbudov, Süleyman Rəhimov küçələri və Azadlıq prospektindən keçməklə öz xətləri ilə hərəkətlərini davam etdirir.

Körpünün sökülməsi ilə əlaqədar nəqliyyat vasitələrinin alternativ keçələrlə mərkəz istiqamətində rahat və maneəsiz hərəkətini təmin etmək üçün “28 May”, Nizami, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Sabit Orucov, Yeryomenko və Firuz Qəmbərov küçələrində mövcud olan bəzi parklanma yerləri müvəqqəti ləğv olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti