Bakı. Trend:
ABŞ Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini təşviq edən məmurlara və digər şəxslərə qarşı sanskiyalar tətbiq edəcək.
Trend xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Nəşrin məlumatına görə, ABŞ hökuməti bu şəxslərin Gürcüstanda demokratiya, insan haqları və ölkənin təhlükəsizliyinə zərər vurmaqda maddi məsuliyyət daşıdığı fikrindədir və onlara qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutur.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Qanun layihəsi gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutulur.