Bakı. Trend:
Sumqayıt şəhərində 51 yaşlı qadını döyüb ona qarşı quldurluq edən şəxsi polislər saxlayıb.
Trend xəbər verir ki, mayın 15-i saat 14 radələrində Sumqayıt
şəhərinin ərazisində naməlum şəxs Sumqayıt şəhər sakini olan 51
yaşlı qadını döyərək quldurluq etməklə onun mobil telefonunu alıb.
Hadisədən sonra zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü
Polis Bölməsinə müraciət edib. Keçirilən tədbirlərlə hadisəni
törətmiş Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1986-cı il
təvəlüldlü İlqar Şirinov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.