...

"ParlaqSelfie" müsabiqəsinin qalibləri (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2015 12:12 (UTC +04:00)
13.02.2015-15.03.2015 tarixləri arasında keçirilən “ParlaqSelfie” müsabiqəsi artıq yekunlaşıb.
"ParlaqSelfie" müsabiqəsinin qalibləri (FOTO)

13.02.2015-15.03.2015 tarixləri arasında keçirilən "ParlaqSelfie" müsabiqəsi artıq yekunlaşıb.

Veriliş efirdə olan zaman verilişdən hər hansı kadr düşmək şərtilə "selfi" şəkil çəkərək bu müsabiqədə həm çəkilişlərdə iştirak etmiş, həm də yalnız TV-dən oyunu izləmiş tamaşaçılar iştirak etdi. Müsabiqəyə müxtəlif yaş kateqoriyalı insanlar qatıldı. Əsas qayda hansısa effekt, "Photoshop" (və ya hər hansı dizayn proqramlarından) və "Like" yığmaq üçün hansısa proqramlardan istifadə etməmək idi.

Yarış iki mərhələdə keçirildi. İlk mərhələdə yarışın bitmə müddətinə (08.03.2015) kimi ən çox bəyənilmiş 10 üzvün "selfi"si seçildi. Daha sonra 10 fotodan ən yaxşı 3 foto Parlaq Zəkanın münsiflər heyəti (verilişin rəhbəri və aparıcısı Aydın Piriyev, məsul katib Oqtay Məhərrəmov, verilişin rejssoru Tərlan Tağıyev) tərəfindən 1 həftə ərzində açıqlandı.

27 mart tarixində artıq səhifə tərəfindən qaliblər elan olundu.

Birinci yer

Kənan Sovqatov (Xaçmaz şəhər, akad. Z.Əliyeva adına 8 nömrəli məktəb-lisey, III a sinfi)

İkinci yer

Kazımova Aybəniz (Azərbaycan Memarlıq və İnşaat Universiteti, 2-ci kurs)

Üçüncü yer

Murad Əziz (Milli Aviasiya Akademiyası, 3-cü kurs)

Zəkamız #parlaqselfie-ni 78 yaşlı nənəsi ilə birlikdə çəkdirib.

Nəzərinizə çatdıraq ki, veriliş hər həftənin bazar günü saat 11:00-da, təkrarı isə cümə günü saat 21:00-da Azərbaycan Dövlət Televiziyasının kanalında yayımlanır.

Synergy Group-un sponsorluğu, Şəmkirdə yerləşən Zəka intellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyi ilə yayımlanan "Parlaq Zəka" intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da, onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.

Əlavə məlumat əldə etmək üçün Facebook - Parlaq Zəka səhifəsinə müraciət edə bilərsiniz.

İnformasiya dəstəyi - TREND İnformasiya Agentliyi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti