...

Yaxın 3 gün ərzində Bakıda hava küləkli olacaq

Cəmiyyət Materials 11 İyun 2015 12:44 (UTC +04:00)
Yaxın 3 gün ərzində -iyunun 12-14-də Bakıda hava küləkli olacaq, nisbətən sərin hava şəraiti müşahidə ediləcək.
Yaxın 3 gün ərzində Bakıda hava küləkli olacaq

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Yaxın 3 gün ərzində - iyunun 12-14-də Bakıda hava küləkli olacaq, nisbətən sərin hava şəraiti müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildirilib ki, iyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Axşam yarımadanın bəzi yerlərində güclənəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 27-32 dərəcə isti olacaq.

İyunun 13-də də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək, gecə yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 27-32 dərəcə isti olacaq.

Ümumiyyətlə, yaxın 3 gün ərzində şimal küləyi əsəcək. Havanın temperaturu 27-32 dərəcə arasında dəyişəcək.

Azərbaycanın rayonlarında iyunun 12-də hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti