...

Bakıda avtobusun yolun ortasında yanıb kül olmasına görə kimin məsuliyyət daşıdığı açıqlandı

Cəmiyyət Materials 31 Avqust 2015 09:53 (UTC +04:00)
Bakıda avtobusun yolun ortasında yanıb kül olmasına görə kimin məsuliyyət daşıdığı açıqlandı.
Bakıda avtobusun yolun ortasında yanıb kül olmasına görə kimin məsuliyyət daşıdığı açıqlandı

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir İlkin İzzət/

Bakıda avtobusun yolun ortasında yanıb kül olmasına görə kimin məsuliyyət daşıdığı açıqlandı.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, avqustun 29-da saat 14:35 radələrində Olimpiya Stadiounun yaxınlığındakı magistral yolda "Transqeyt" şirkətinə məxsus 100 nömrəli marşrut avtobusunda yanğın baş verib.

Yanğına marşrut avtobusunun akkumulyatorunda yaranmış texniki nasazlıq səbəb olub. Yanğın başlamamış avtobusdakı 6 nəfər sərnişin dərhal evakuasiya edilib. Yanğın söndürülüb və xəsarət alan yoxdur. Baş vermiş hadisə ilə əlaqədar Nəqliyyat Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri hadisə yerindədirlər və faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, baş vermiş hadisəyə görə "Transqeyt" şirkəti cavabdehlik daşıyır və araşdırmalardan sonra dərhal müvafiq cəza tədbirləri görüləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti