...

Nardaran hadisəsində ölənlər dəfn olunub

Cəmiyyət Materials 1 Dekabr 2015 13:11 (UTC +04:00)
Noyabrın 26-da Nardaran qəsəbəsində baş vermiş qarşıdurma zamanı ölmüş 3 nəfər qəsəbə sakininin meyiti bu gün səhər saatlarında ailələrinə təhvil verilib.
Nardaran hadisəsində ölənlər dəfn olunub

Bakı. Trend:

Noyabrın 26-da Nardaran qəsəbəsində baş vermiş qarşıdurma zamanı ölmüş 3 nəfər qəsəbə sakininin meyiti bu gün səhər saatlarında ailələrinə təhvil verilib.

Qəsəbə sakinlərinin Trend-ə verdiyi məlumata görə, meyitlər mərhumların ailə üzvlərinin iştirakı ilə dəfn olunub.

Xatırladaq ki, öldürülən kənd sakinləri Fərahim Bünyatov, qardaşı Rəfael Bünyatov və Əkbər Babayevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti