...

Səhiyyə Nazirliyi: Cəbhəyanı ərazilərdəki xəstəxanalar gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Cəmiyyət Materials 5 Aprel 2016 14:38 (UTC +04:00)
Cəbhəyanı ərazilərdəki səhiyyə müəssisələri hazırda gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Səhiyyə Nazirliyi: Cəbhəyanı ərazilərdəki xəstəxanalar gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Bakı. İlhamə İsabalayeva-Trend:

Cəbhəyanı ərazilərdəki səhiyyə müəssisələri hazırda gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, aprelin 2-dən cəbhəyanı bölgələrə əsgərlərə, mülki vətəndaşlara, yaralılara yardım göstərmək üçün ilkin olaraq 6 tibbi briqada göndərilib. Səyyar həkim briqadaları bütün lazımi tibbi avadanlıq və dərman preparatları ilə təmin edilib. Ehtiyac olduğu halda həmin briqadaların sayının artırılması da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti