...

Hava şəraiti kəskin dəyişəcək

Cəmiyyət Materials 21 Aprel 2016 12:27 (UTC +04:00)
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edildi.
Hava şəraiti kəskin dəyişəcək

Bakı. Trend:

Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edildi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında aprelin 22-də hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti