...

Eldar Sabiroğlunun oğlu yenidən istintaqa çağırıldı

Cəmiyyət Materials 16 İyun 2016 16:18 (UTC +04:00)
Rüfət Səfərov bu gün yenidən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.
Eldar Sabiroğlunun oğlu yenidən istintaqa çağırıldı

Bakı. Samir Əli - Trend:

Rüşvət almaqda təqsirləndirilərək barəsində ev dustaqlığı tədbiri seçilən Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov bu gün yenidən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

Bu barədə Trend-ə R.Səfərov özü məlumat verib.

O deyib: "Az öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov bu gün saat 17:00-da istintaqa dəvət etdi. Yeddi aydır ki, ibtidai istintaq davam edir".

Qeyd edək ki, Zərdab rayon prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanmışdı.

Binəqədi rayon məhkəməsinin qərarı ilə isə onun barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan qərar ev dustaqlığı ilə əvəzlənib.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti