...

Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Cəmiyyət Materials 12 İyul 2016 14:21 (UTC +04:00)
Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) 6-cı Yay Akademiyası (IACSA) keçirilib.
Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq
uğurla davam etdirilir

Bakı. Trend:

Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) 6-cı Yay Akademiyası (IACSA) keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünyanın 50-dən artıq dövlətin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Vüqar Əhmədli təmsil edib.

“Təcrübə elmlə qovuşur” mövzusunda keçirilən tədbirdə bir sıra mötəbər elm və araşdırma mərkəzlərinin professorları, habelə beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, ekspertləri transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələr söyləyiblər.

Əvvəlki illərdə olduğu kimi, kurslarda tədbir iştirakçıları işçi qruplarına bölünməklə praktiki tapşırıqların həll olunmasında aktiv iştirak edib, hər qrup tərəfindən mövzu üzrə təqdimatlar keçirilib, habelə interaktiv şəkildə keçirilən təlim zamanı tədbir iştirakçılarını maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Azərbaycan təmsilçisi bu ilki Yay Akademiyası qrupunun rəhbəri seçilib və müvafiq tapşırıqların həllində xüsusi fəallıq göstərdiyinə görə Akademiyanın mükafatı ilə təltif olunub.

Tədbirin sonunda iştirakçılara IACSA-nı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti