...

Cibuti aviapilotları Azərbaycandan öyrənəcəklər (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2016 19:28 (UTC +04:00)
Cibuti aviapilot və mühəndislərini təlim məqsədilə Azərbaycandən a göndərməyə hazırlaşır.
Cibuti aviapilotları Azərbaycandan öyrənəcəklər (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Cibuti aviapilot və mühəndislərini təlim məqsədilə Azərbaycana göndərməyə hazırlaşır.

Bu barədə Air Djibouti aviaşirkətinin rəhbəri Əbubəkr Ömər Hadi Trend-ə eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkəsi Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır: "Heydər Əliyev hava limanında AZAL rəhbərliyi ilə görüş keçirilib. Biz pilotlarımızı və mühəndislərimizi Azərbaycanın Aviasiya Akademiyasında təlim və digər müxtəlif kurslara qatılmaq üçün göndərməyə hazırlaşırıq. Ölkənizdə dünya səviyyəsində mütəxəssislər hazırlayan çox yaxşı aviasiya akademiyası var".

Ə.Ö.Hadi bildirib ki, tərəflər digər istiqamətlərdə əməkdaşlıqla bağlı da razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti