...

Azərbaycanda elmi müəssisələr birləşdirilir?

Cəmiyyət Materials 27 Mart 2017 17:40 (UTC +04:00)
Azərbaycanda elmi müəssisələrin birləşdirilməsi və onlardan bəzilərinin ləğv edilməsi məsələsi gündəmdə deyil.
Azərbaycanda elmi müəssisələr birləşdirilir?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda elmi müəssisələrin birləşdirilməsi və onlardan bəzilərinin ləğv edilməsi məsələsi hazırda gündəmdə deyil.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, hazırkı dövrdə Azərbaycandakı elmi müəssisələrin birləşdirilməsinə ehtiyac yoxdur.

A.Əlizadə qeyd edib ki, elmi müəssisələrin birləşdirilməsi üçün ilk növbədə təhlillər aparmaq lazımdır:

"Lakin AMEA tərəfindən hələ bu istiqamətdə təhlillər aparılmayıb. Buna görə də elmi müəssisələrin birləşdirilməsi məsələsi hələ nəzərdə tutulmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti