...

Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı

Cəmiyyət Materials 28 May 2017 20:30 (UTC +04:00)
Sabah Ramazan ayının üçüncü günüdür.
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı

Bakı. Trend:

Sabah Ramazan ayının üçüncü günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:17-də, iftar isə saat 20:18-dədir.

Ramazan ayının 3-cü gününün duası:

"Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin".

Tərcüməsi:

"İlahi, bu gün mənə huşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey səxavətlilərin ən səxavətlisi!"

Allah orucunuzu qəbul etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti