...

AZƏRBAYCAN İNSAN İNKİŞAFI GÖSTƏRİCİSİ ÜZRƏ 101-Cİ YERİ TUTUR

Cəmiyyət Materials 8 Sentyabr 2005 12:29 (UTC +04:00)

Azərbaycan insanın inkişafı üzrə BMT-nin illik İnkişaf Proqramında (BMTİP) orta inkişaf etmiş ölkələrin arasında yer alıb. Trend in məlumatına görə, insanın inkişafının göstəricisinə görə Azərbaycan 101-ci yeri tutur.

Bu nominasiya üzrə BMT ekspertlərinin analizlərinin kriteriyalarına millətin sağlamlığı, ömrünün uzunluğu, sosial müdafiəsi, adambaşına düşən ÜDM-un ölçüsü, təhsil və mədəni səviyyə, cinayətkarlıq və ekoloji vəziyyət daxildir.

Qeyd etmək lazımdır ki, bütün MDB ölkələri məhz belə ölkələrin kriteriyasına daxil edilib. Araşdırmaların aparıldığı 177 ölkə arasında insan inkişafının göstəricisinə görə Rusiya 62-ci, Belarus - 67, Ukrayna - 78, Qazaxıstan - 80, Ermənistan- 83, Türkmənistan- 97, Gürcüstan- 100, Qırğızıstan - 109, Özbəkistan- 111, Moldova - 115, Tacikistan - 122-ci yeri tutur.

Göstərilən parametrlər üzrə ən yüksək qiyməti Norveç, İslandiya, Avstraliya, Lüksemburq və Kanada yer alıb. Birləşmiş Ştatlar və Yaponiya ötən illə müqayisədə iki pillə geriləyərək müvafiq olaraq 10 və 11-ci yerləri tutublar.Yüksək səviyyədə inkişaf etmiş ölkələrin siyahısına bütün Baltikyanı dövlətlər Estoniya - 38, Litva - 39 i Latviya - 48-i yeri tutub.

Xəbər lenti

Xəbər lenti