...

"RUH" Komitəsi seçki günü jurnalistlər üçün "qaynar xətt" təşkil edir

Cəmiyyət Materials 5 Noyabr 2005 15:10 (UTC +04:00)

"RUH" Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsi 6 noyabr parlament seçkiləriylə əlaqədar "qaynar xətt" təşkil edir. Bu barədə Trend ə Müdafiə Komitəsindən məlumat verilib. "Qaynar xətt"i yaratmaqda məqsəd səsvermə prosesini müşahidə edən və işıqlandıran jurnalistlərin bu fəaliyyətinin icrası zamanı üzləşə biləcəkləri qanun pozuntuları, maneələrin yaradılması hallarını öyrənməkdir. Buna görə də Komitə seçki günü dairə və məntəqə seçki komissiyalarında müşahidə aparan kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin nəzərinə çatdırır ki, onlara qarşı baş verəcək hər hansı xoşagəlməz hallara görə "qaynar xətt"lə əlaqə saxlasınlar. Bu xətdə 499-02-92 nömrəli telefon jurnalistlərin xidmətində olacaq.

Xəbər lenti

Xəbər lenti