...

Şahin Diniyev Azərbaycan çempionatının birinci dövrəsindən sonra "Gəncə"ni tərk edəcək

Cəmiyyət Materials 3 Dekabr 2005 13:11 (UTC +04:00)

Azərbaycan futbol yığmasının baş məşqçisi Şahin Diniyev "Gəncə" klubunun rəhbərliyi ilə komandaya milli çempionatın birinci dövrəsinin bitməsinə qədər rəhbərlik edəcəyi ilə bağlı razılığa gəlib.

Trend in xəbər verdiyi kimi, mütəxəssis yaxın həftə sonunda "Gəncə"ni "Qarabağ"la oyuna çıxaracaq. Bundan başqa, o, komandaya daha iki görüş ərzində məşqçilik edəcək. Daha sonra AFFA ilə birillik müqavilə imzalamış Ş.Diniyev bütün diqqəti yığmanın növbəti mövsümə hazırlıq planına yönəldəcək.

Qeyd edək ki, 10 turdan sonra "Gəncə" turnir cədvəlində 6-cı yerdədir.

Xəbər lenti

Xəbər lenti