Teymur Rəcəbovun Xantı-Mansiyskdə keçirilən Dünya kubokunda uğursuzluğu onun reytinqinə təsir etməyəcək.
Milli Federasiyanın vitse-prezidenti Faiq Həsənovun Trend ə bildirdiyi kimi, bu nüfuzlu yarışın 1/16 finalda məğlub olmasına baxmayaraq, şahmatçı öz mövqeyini yaxşılaşdıra bilər. "Teymur Dünya kubokunda 4 qələbə qazanıb və bu nəticələr şübhəsiz ki, nəzərə alınacaq", - deyə o vurğulayıb.
F.Həsənov onu da qeyd edib ki, 1/32 finalda məğlub olmuş Şəhriyar Məmmədyarovun reytinqində bəzi dəyişikliklər ola bilər. Lakin bu uğursuzluğu onun İstambulda keçirilmiş dünya birinciliyində uğurlu çıxışı və qələbəsi aradan qaldıra bilər.
Xatırladaq ki, reytinqdə T.Rəcəbov 18-ci, Ş.Məmmədyarov isə 28-ci yerdə qərarlaşıb.