...

Azərbaycan yığması Avropa-2008 seçmə turnirinin püşkatmasını aça bilər

Cəmiyyət Materials 27 Yanvar 2006 15:25 (UTC +04:00)

Azərbaycanın futbol yığması Avropa-2008 oyunlarının yanvarın 27-də Montredə keçirilən seçmə turnirinin püşkatmasında yeddinci səbətdən birinci olaraq çıxarıla bilər.

Trend bildirir ki, İsveçrədə mərasim kürələrin komandanın aşağı reytinq əsasında yerləşdiyi məhz yeddinci səbətdən çıxarılması ilə başlayacaq. Eyni zamanda buraya həmçinin Lixtenşteyn, Andorra, Farer adaları, Qazaxıstan, San-Marino, Malta və Löksemburq komandaları da daxildir.

Püşkatmada Avropanın 50 yığması iştirak edir və Avstriya ilə İsveçrə turnirin meydan sahibləri hüququnda seçmə oyunundan azad olunub. Qalan komandalar yeddi qrupa bölünəcək, A qrupunda səkkiz yığma mübarizə aparacaq, qalan altısında isə yeddi yığma. Finala qrupda birinci və ikinci yerləri tutmuş komandalar çıxacaq.

Xəbər lenti

Xəbər lenti