...

"Milan"ın yeni transferi

İdman Materials 29 Yanvar 2015 15:35 (UTC +04:00)
"Roma" klubunun hücumçusu Mattia Destro karyerasını digər İtaliya klubu "Milan"da davam etdirəcək.
"Milan"ın yeni transferi

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Məftun Salmanov/

"Roma" klubunun hücumçusu Mattia Destro karyerasını digər İtaliya klubu "Milan"da davam etdirəcək.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, 23 yaşlı forvard transfer üçün razılığını verib.

"Milan" futbolçunu mövsümün sonunadək icarəyə götürür. Razılaşmanın digər detalları açıqlanmır.

M.Destro cari mövsümdə A seriyasında "Roma"nın heyətində 16 oyunda 5 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti