...

Vladimir Kramnik mətbuat konfransına gəlmədi

İdman Materials 21 Aprel 2015 23:05 (UTC +04:00)
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 5-ci tur sabiq dünya çempionu Vladimir Kramnikin məğlubiyyətiylə başa çatdı.
Vladimir Kramnik mətbuat konfransına gəlmədi

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 5-ci tur sabiq dünya çempionu Vladimir Kramnikin məğlubiyyətiylə başa çatdı.

Trend-in məlumatına görə, Synergy Group-un təşkilatçılığıyla keçirilən yarışın hesabat turunda azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ağ fiqurlarla inamlı qələbə qazanıb. 6 saat 35 dəqiqə davam edən görüşün sonunda Kramnik məğlubiyyətlə razılaşıb.

Qeyd edək ki, Vladimir Kramnik məğlubiyyətdən sonra mətbuat konfransına gəlməyib. Rusiyalı dünya çempionu Heydər Əliyev Mərkəzindən birbaşa otelə yollanıb. Mətbuat konfransında yalnız Şəhriyar Məmmədyarov iştirak edib.

Xəbər lenti

Xəbər lenti