...

“Qarabağ” və “Qəbələ”nin rəqibləri bilindi: "Fiorentina" Bakıya gəlir (QRUPLAR)

İdman Materials 26 Avqust 2016 15:41 (UTC +04:00)
UEFA Avropa Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ” və “Qəbələ”nin rəqibləri məlum olub.
“Qarabağ” və “Qəbələ”nin rəqibləri bilindi: "Fiorentina" Bakıya gəlir (QRUPLAR)

Bakı. Trend:

UEFA Avropa Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ” və “Qəbələ”nin rəqibləri məlum olub.

Trend-in məlumatına görə, Monakoda keçirilən püşkatmanın nəticəsinə "Qəbələ" C qrupunda "Anderlext" (Belçika), "Sent-Etyen" (Fransa) və "Mayns" (Almaniya) klubları ilə qarşılaşacaq.

"Qarabağ" isə J qrupunda "Fiorentina" (İtaliya), PAOK (Yunanıstan) və "Liberets" (Çexiya) komandaları ilə mübarizə aparacaq.

Ümumilikdə 48 komanda 12 qrupda yarışacaq.

Xatırladaq ki, Avropa Liqasında qrup mərhələsinin oyunları bu il 15 və 29 sentyabr, 20 oktyabr, 3 və 24 noyabr və 8 dekabr tarixlərində keçiriləcək.

QRUPLAR:

A qrupu

"Mançester Yunayted" (İngiltərə)
"Fənərbağça" (Türkiyə)
"Feyenoord" (Niderland)
"Zorya" (Ukrayna)

B qrupu

"Olimpiakos" (Yunanıstan)
APOEL (Kipir)
"Yanq Boys" (İsveçrə)
"Astana" (Qazaxıstan)

C qrupu

"Anderlext" (Belçika)
"Sent-Etyen" (Fransa)
"Mayns" (Almaniya)
QƏBƏLƏ

D qrupu

"Zenit" (Rusiya)
"Az Alkmaar" (Niderland)
"Makkabi" (Təl-Əviv, İsrail)
"Dundalk" (İrlandiya)

E qrupu

"Viktoriya" (Çexiya)
"Roma" (İtaliya)
"Austria" (Avstriya)
"Astra" (Rumıniya)

F qrupu

"Atletik" (Bilbao, İspaniya)
"Genk" (Belçika)
"Rapid" (Vyana, Avstriya)
"Sassuolo" (İtaliya)

G qrupu

"Ayaks" (Niderland)
"Standard" (Belçika)
"Selta" (İspaniya)
"Panatinaikos" (Yunanıstan)

H qrupu

"Şaxtyor" (Ukrayna)
"Braqa" (Portuqaliya)
"Gent" (Belçika)
"Konyaspor" (Türkiyə)

İ qrupu

"Şalke" (Almaniya)
"Zalsburq" (Avstriya)
"Krasnodar" (Rusiya)
"Nitsa" (Fransa)

J qrupu

"Fiorentina" (İtaliya)
PAOK (Yunanıstan)
"Liberets" (Çexiya)
QARABAĞ

K qrupu

"İnter" (İtaliya)
"Sparta" (Çexiya)
"Sauthempton" (İngiltərə)
"Hapoel Beer Şeva" (İsrail)

L qrupu

"Villareal" (İspaniya)
"Styaua" (Rumıniya)
"Sürix" (İsveçrə)
"Osmanlıspor" (Türkiyə)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti