...

Avropa Liqası: "Beşiktaş"ın rəqibi məlum oldu

İdman Materials 24 Fevral 2017 16:21 (UTC +04:00)
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
Avropa Liqası: "Beşiktaş"ın rəqibi məlum oldu

Bakı. Trend:

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, Türkiyənin "Beşiktaş" klubu bu mərhələdə Yunanıstanın "Olimpiakos" komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, "Olimpiakos" 1/16 finalda Türkiyənin "Osmanlıspor" klubunu mübarizədən kənarlaşdırmışdı.

Püşkatmanın nəticələri:

“Selta” (İspaniya) - “Krasnodar” (Rusiya)
APOEL (Kipr) - “Anderlext” (Belçika)
“Şalke” (Almaniya) - “Borussiya” (Mönhenqladbax, Almaniya)
“Lion” (Fransa) - “Roma” (İtaliya)
“Rostov” (Rusiya) - “Mançester Yunayted” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)
“Gent” (Belçika) - “Genk” (Belçika)
“Kopenhagen” (Danimarka) - “Ayaks” (Niderland)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 9-sı, cavab qarşılaşmaları isə 16-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti