...

Portuqaliyalı gimnast: Bakıdakı gimnastika arenası möhtəşəmdir

İdman Materials 29 Aprel 2017 19:52 (UTC +04:00)
Bakıdakı gimnastika arenası möhtəşəmdir
Portuqaliyalı gimnast: Bakıdakı gimnastika arenası möhtəşəmdir

Bakı. Yelena Kosolapova - Trend:

Bakıdakı gimnastika arenası möhtəşəmdir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Portuqaliya gimnastı Laura Silva Sales deyib.

"Arena çox böyük və gözəldir. Mənim çox xoşuma gəldi. Çox gözəl işıqlandırma və gözəl şərait var", - gimnast deyib.

Onun sözlərinə görə, belə arenada məşq etmək çox rahatdır.

Eyni zamanda o, Bakıda ilk dəfə olduğunu və heç nəyi görməyə macal tapmadığını bildirib.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti