...

'"Qərbi Abşeron"' yatağında yeni quyu istismara verilib

İqtisadiyyat Materials 7 Mart 2017 14:15 (UTC +04:00)
''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilib.
'"Qərbi Abşeron"' yatağında yeni quyu istismara verilib

Bakı. Trend:

Bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 30 nömrəli quyu horizontal qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, quyu Qirməki lay dəstəsindən elektrik dalma nasosu üsulu ilə məhsul vermiş, hazır süzgəclər endirilməklə 756,9-650,8 metr dərinlik intervalından sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti