...

"Ford"un baş direktoru istefa verir

İqtisadiyyat Materials 22 May 2017 09:49 (UTC +04:00)
Amerikanın "Ford Motor Co." avtomobil konserninin baş direktoru Mark Filds istefaya hazırlaşır.
"Ford"un baş direktoru istefa verir

Bakı. Trend:

Amerikanın "Ford Motor Co." avtomobil konserninin baş direktoru Mark Filds istefaya hazırlaşır. Trend-in məlumatına görə, onu bu postda "Ford Smart Mobility LLC" şirkətinin filial rəhbəri Ceyms Cakett əvəz edəcək.

Fildsin istefası barədə rəsmi bəyanat da artıq gözlənilir.

Xəbəri KİV-lərə sızdıran mənbənin bildirdiyinə görə, istefa "Ford"un Direktorlar Şurası sədrinin Fildsə etibarının itməsi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti