...

"TuranBank" rabitəçilərə istehlak kreditləri üzrə endirim təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2014 18:20 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə hər ölkədə il dekabrın 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
"TuranBank" rabitəçilərə istehlak kreditləri üzrə endirim təklif edir

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə hər ölkədə il dekabrın 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

"TuranBank" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək 8, 9 və 10 dekabr tarixlərində onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

Bankdan Trend-ə verilən məlumata görə, söstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti