...

"Goldman Sachs" ARDNŞ-nin Türkiyədəki konteyner limanının səhmlərinin 30 faizinə sahib oldu (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2014 20:32 (UTC +04:00)
"Petkim" (Petrokimya Holding) sahibi olduğu "Petlim Limancılık Ticaret A.Ş." ("Petlim") şirkətinin səhmlərinin 30 faizini ABŞ-ın "Goldman Sachs"a satacaq.
"Goldman Sachs" ARDNŞ-nin Türkiyədəki konteyner limanının səhmlərinin 30 faizinə sahib oldu (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:19-da yayılıb)

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Maksim Tsurkov/

"SOCAR Turkey Enerji" və ABŞ-ın "Goldman Sachs" şirkəti Türkiyənin "Petkim" neft-kimya holdinqinin 100 faizlik mülkiyyəti olan "Petlim Limancılık A.Ş." şirkətində 30 faizlik payın satışına dair müqavilə imzalayıblar. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə "Petkim" şirkətindən deyiblər.

Məlumata görə, sövdələşmənin dəyəri 250 milyon dollar təşkil edib.

Qeyd edək ki, daha əvvəl "Petlim Limancılık" şirkətinin səhmlərinin 25 faizinin özəlləşdirilməyə çıxarılması planlaşdırılırdı. Buna qədər "SOCAR Turkey Enerji A.Ş" və "SOCAR International DMCC OGG" "Petkim"in səhmlərinin 10,32 faizini əldə edərək paylarını 61,32 faizədək artırmışdı. Səhmlərin 38,67 faizi isə İstanbul Fond Birjasında sərbəst tədavüldədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti