...

"Azərsun Holdinq"in rəhbəri Krasnodar vilayətinin inkişafına verdiyi töhfəyə görə mükafatla təltif edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2015 19:39 (UTC +04:00)
“Azərsun Holdinq” Şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozal Rusiya Federasiyasının yüksək mükafatları ilə təltif edilib.
"Azərsun Holdinq"in rəhbəri Krasnodar vilayətinin inkişafına verdiyi töhfəyə görə mükafatla təltif edilib

Azərbaycan, Bakı, 5 may /Trend/

"Azərsun Holdinq" Şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozal Rusiya Federasiyasının yüksək mükafatları ilə təltif edilib.

Trend-in məlumatına görə, o, "Krasnodar vilayətinin inkişafına verdiyi mühüm töhfəyə görə" III dərəcəli qızıl medal, "Krasnodarın kənd təsərrüfatının inkişafına verdiyi töhfəyə görə" Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Aleksandr Tkaçov tərəfindən təşəkkürnamə ilə təltif edilib. Bundan əlavə, Kuban Dövlət Aqrar Universiteti və orta təhsil müəssisələrinin inkişafına göstərdiyi dəstəyə görə Rusiya rəsmiləri tərəfindən çox yüksək qiymətləndirilib.

Bu məqsədlə təşkil edilmiş təltifetmə mərasimində çıxış edən Rusiya Federasiya Şurasının üzvü Yevgeni Qromıko A.Goozalın Krasnodar vilayətində müxtəlif layihələr reallaşdıraraq insanların sosial-rifah hallının yaxşılaşdırılması və işlə təmin olunmasında böyük rol oynadığını bildirib və A.Goozala bütün krasnodarlılar və şəxsən RF kənd təsərrüfatı naziri A.Tkaçov adından dərin minnətdarlığını bildirib.

Rusiya Dövlət Dumasının deputatı İvan Qemçenko isə gələcəkdə Krasnodar vilayəti və şirkətlər qrupu arasında daha böyük layihələrin reallaşdırılacağına inandığını söyləyib.

Tədbirdə çıxış edən Beloreçensk rayonunun başçısı İvan İvanoviç İmqrunt isə şirkətin keyfiyyət fəlsəfəsinin və müəssisələrində yaradılmış yüksək əmək şəraitinin nümunəvi səviyyədə olduğunu bildirib.

Rusiyalı rəsmilərə təltifə görə minnətdarlığını bildirən A.Goozal bu mərasimin 9 may faşizm üzərində Qələbə günü ərəfəsinə təsadüf etməsinə diqqət çəkib. Müharibələrin bütün bəşəriyyətə dəhşətlər yaşatdığını söyləyən şirkət rəhbəri hər kəsin bu cür hadisələrin bir daha təkrarlanmaması üçün səy göstərməli olduğunu deyib. Çıxışının sonunda isə şirkət rəhbəri "Azərsun Holdinq"in gələcəkdə də Rusiya Federasiyasında müxtəlif layihlərin reallaşdırılmasında iştirak edəcəyini söyləyib.

Tədbirin sonunda "Azərsun Holdinq"in Krasnodar vilayətində fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti