Bakı. Maksim Tsurkov - Trend:
Rusiyanın 3 aviadaşıyıcısı iki marşrut üzrə Azərbaycana reyslərin həyata keçirilməsi üçün icazə alıb. Bu barədə Trend Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin saytına istinadən məlumat verir.
"YuTeyr" aviaşirkəti həftədə 4 dəfə olmaqla Kazan-Bakı mütəmadi sərnişin reyslərinin yerinə yetirilməsi üçün icazə alıb.
"Taymır" aviaşirkəti həftədə 1 dəfə olmaqla Kazan-Bakı uçuşlarının icrası üçün icazə alıb.
"Komiaviatrans" aviaşirkəti isə həftədə 2 dəfə olmaqla Yekaterinburq-Lənkəran marşrutu üzrə reyslərin təşkili üzrə icazə alıb.