...

SOCAR "Günəşli"dəki qəzanın fəsadlarının aradan qaldırılması üzrə işləri sürətləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2016 19:40 (UTC +04:00)
“Azneft” İstehsalat Birliyinin rəhbərliyi “28 May” NQÇİ-nin dərin dəniz özüllərində səyyar müşavirələr keçirib.
SOCAR "Günəşli"dəki qəzanın fəsadlarının aradan qaldırılması üzrə işləri sürətləndirib

Bakı. Trend:

"Azneft" İstehsalat Birliyinin rəhbərliyi "28 May" NQÇİ-nin dərin dəniz özüllərində səyyar müşavirələr keçirib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, özüllərdə aparılan təmir işlərinin gedişi ilə yerində tanış olan Birlik rəhbərliyi yaranmış çatışmazlıqların aşkar olunaraq aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi məsələlərini müzakirə edib. Birliyin baş direktoru Daşqın İskəndərovun rəhbərlik etdiyi işçi heyəti əvvəlcə ötən ilin dekabrında baş vermiş təbii fəlakət zamanı "Günəşli" yatağında qəzaya uğramış 10 saylı dərin dəniz özülünə gəlib, burada qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən işlərlə tanış olub. Bildirilib ki, özüldə işlər sürətlə davam etdirilir, sahildə yığılmış 2 ədəd modulun və HAK tipli 2 ədəd qaldırıcı kranın yaxın vaxtlarda quraşdırılması, özülün bütün sahələri üzrə cizgilərinin tamamlanması nəzərdə tutulur. Aparılan təmir-bərpa işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılmasının vacibliyi vurğulanıb, konkret tapşırıq və tövsiyələr verilib.

Bundan sonra işçi heyət yataqdakı 3 saylı dərin dəniz özülündə yeni quraşdırılmış neftvurma nasoslarının texniki vəziyyətinə baxış keçirib. Özüldə həyata keçiriləcək əsaslı və cari təmir işlərinin sürətləndirilməsinin vacibliyi vurğulanıb, quyu şaxtalarının yenilənməsi üçün layihə tapşırığının hazırlanması və ən qısa zamanda təmir işlərinin aparılmısına dair göstərişlər verilib, görülən işlərlə bağlı bir sıra texniki tədbirlər, əsaslı tikinti və təmir məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti