...

Azərbaycan və BƏƏ iqtisadi əməkdaşlığın genişlənməsi perspektivlərini müzakirə edəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2016 12:18 (UTC +04:00)
2016-cı ilin noyabrında BƏƏ-də Azərbaycan-BƏƏ ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.
Azərbaycan və BƏƏ iqtisadi əməkdaşlığın genişlənməsi perspektivlərini müzakirə edəcək (FOTO)

Bakı. Azad Həsənli - Trend:

2016-cı ilin noyabrında BƏƏ-də Azərbaycan-BƏƏ ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması üçün konsaltinq xidmətlərinin göstərilməsi haqqında sazişin imzalanmasına həsr olunmuş mərasimdə deyib.

Onun sözlərinə görə, Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması da həmin iclas zamanı müzakirə olunacaq.

Ş. Mustafayev qeyd edib ki, bu ilin 7 ayında BƏƏ ilə əmtəə dövriyyəsi 40 faizdən çox artıb: "Dünyada baş verən proseslərin ölkələr arasında əmtəə dövriyyəsinin inkişafına xidmət etmədiyini nəzərə alsaq, bu, çox yaxşı göstəricidir. Azərbaycan hökuməti və BƏƏ bu göstəricilərin yaxşılaşması üçün işlər aparır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti